Olimpiya çempionu 29 yaşında karyerasını başa vurub

1-04-2023, 10:18           
Olimpiya çempionu 29 yaşında karyerasını başa vurub
Yaponiyalı qadın güləşçi, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Sara Dosyo (69 kq) peşəkar karyerasını başa vurub.

"Report" Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, o, çiynindəki zədə səbəbindən 29 yaşında idmanla vidalaşıb.

Veteran güləşçi bundan sonra dövlət qulluğunda çalışacaq.

Qeyd edək ki, Sara Dosyo 2017-ci ildə böyüklər arasında dünya çempionu olub. O, 2014-cü ildəki mundialda gümüş, 2013 və 2015-ci ildəki analoji yarışlarda isə bürünc medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru