Məhəmməd Salahdan yeni rekord

2-04-2023, 08:08           
Məhəmməd Salahdan yeni rekord
Misirli futbolçu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunun tarixinə düşüb.

Redaktor.az xəbər verir ki, 31 yaşlı hücumçu buna "Mançester Siti"yə qarşı Premyer Liqanın XXIX tur matçında fərqlənməklə nail olub.

17-ci dəqiqədə hesabı açan forvard çempionatda Mersisayd təmsilçisinin heyətində səfərdə ən çox qol vuran oyunçu adına sahib çıxıb.

Rəqib meydanlarında 56 dəfə fərqlənən Salah 55 qola imza atan Maykl Oueni geridə qoyub.

Qeyd edək ki, matç "şəhərlilər"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru