Böyük Dəbilqə: Səid Mollayi gümüş, Hidayət Heydərov bürünc medal qazanıb - YENİLƏNİB

2-04-2023, 10:54           
Böyük Dəbilqə:
Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb.

81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Mattias Kasseni (Belçika) məğlub olub.

73 kq-dakı Hidayət Heydərov bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

15:17

Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

“Report”un məlumatına görə, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.

Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək.

81 kiloqramdakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib.
73 kiloqramda Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

09:52

Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayır.

Oxu.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/16 final mərhələsində Aleksandr Brernd Qabler (Almaniya)/Erdenebayar Batzaya (Monqolustan) cütünün qalibi, eyni çəkidəki Nurlan Osmanov 1/32 finalda Aleksandru Rayku (Rumıniya) ilə üz-üzə gələcəklər.

81 kiloqramdakı Səid Mollayi 1/16 finalda Tiziano Falkon (İtaliya)/Jus Mesilosek (Sloveniya) duelinin güclüsü ilə, eyni çəkidəki Zelim Tçkayev Nikola Qardaşeviçlə (Monteneqro) görüşəcəklər.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru