“Mançester Siti” ilə oyunundan sonra “Liverpul”un avtobusuna hücum olub

2-04-2023, 11:05           
“Mançester Siti” ilə oyunundan sonra “Liverpul”un avtobusuna hücum olub
İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən “Mançester Siti” – “Liverpul”(4:1) oyunundan sonra naməlum şəxslər “Liverpul”un avtobusuna hücum edib.

Hücuma məruz qalan nəqliyyat vasitəsinin ziyan gördüyü bildirilir.

Həmçinin nəqliyyat vasitəsinin pəncərəsindən kərpic atıldığı, nəticədə məşqçilər korpusunun nümayəndələrindən birinin xəsarət aldığı bildirilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: The Sun












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru