“Real”dan darmadağın, “Atletiko” çətin qələbə qazandı - YENİLƏNİB + VİDEO

3-04-2023, 11:13           
“Real”dan darmadağın, “Atletiko” çətin qələbə qazandı - YENİLƏNİB + VİDEO
İspaniya La Liqasında XXVII turun daha bir oyunu keçirilib.

“Atletiko” öz meydanında “Betis”lə üz-üzə gəlib. Matç Madrid klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 86-cı dəqiqədə Anxel Korrea vurub. Xallarını 54-ə çatdıran “Atletiko” 3-cü pillədə möhkəmlənib. “Betis” 45 xalla 5-cidir.

20:21

İspaniya La Liqasında XXVII tur davam edir.
Oxu.Az xəbər verir ki, “Real Madrid” “Valyadolid”i qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 6:0.

Madridlilərə qələbə qazandıran qolları Kərim Benzema (3), Rodriqo, Marko Asensio və Lukas Vaskes vurublar. Het-trik edən Benzema “kral klubu”nun tarixində ardıcıl 11 mövsüm 20-dən artıq qol vuran ilk futbolçu olub.

Qələbə sayəsində xallarını 59-a çatdıran “Real Madrid” yenidən lider “Barselona” ilə xal fərqini 12-yə çatdırıb və 2-ci pillədədir. “Valyadolid” 28 xalla 16-cıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru