Maykl Cordan basketbol klubunu satır

17-06-2023, 14:04           
Maykl Cordan basketbol klubunu satır
Maykl Cordan sahibi olduğu “Şarlott” basketbol klubunu satmaq qərarına gəlib.

Keçmiş NBA oyunçusu, 6 qat çempion Maykl Cordan klubun nəzarət səhm paketini Qeyd Plotkin və Rik Şnellə təhvil verəcək.

Məlumata görə, müqavilə yaxın günlərdə imzalanacaq.

Sövdələşmənin başa çatmasından sonra Cordanın klubda müəyyən payını və iştirakını saxlaması gözlənilir.

Qeyd edək ki, keçmiş basketbolçu “Şarlott”u 2010-cu ildə 275 milyon dollara alıb.

“Forbes” klubu 1,7 milyard dollar dəyərində qiymətləndirib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru