İspaniya Millətlər Liqası çempionluğunu “lotereya”da qazandı - VİDEO

19-06-2023, 11:14           
İspaniya Millətlər Liqası çempionluğunu “lotereya”da qazandı - VİDEO
UEFA Millətlər Liqasının qalibi İspaniya olub.

Oxu.Az xəbər verir ki, Rotterdamda keçirilən həlledici matçda İspaniya Xorvatiya ilə qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb.
Belə olan təqdirdə qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac yaranıb. “Lotereya”da daha dəqiq oynayan İspaniya yığması 5:4 hesablı qələbə ilə çempionluğu qazanıb.

Qeyd edək ki, turnirin bürünc mükafatını İtaliya millisi qazanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru