Bunu bacaran ilk futbolçu oldu - 37 yaşında

19-06-2023, 11:17           
Bunu bacaran ilk futbolçu oldu - 37 yaşında
Xesus Navas dünya çempionatını, Avropa çempionatını və Millətlər Liqasını qazanan ilk oyunçu kimi tarixə düşüb.

Publika.az xəbər verir ki, "Sevilya"nın yarımmüdafiəçisi İspaniya millisi ilə buna nail olub. Onun komandası Millətlər Liqasının finalında Xorvatiyanı penaltilər seriyasında məğlub edib.

Daha əvvəl o, milli komanda ilə DÇ-2010-u və AÇ-2012-ni qazanıb. Futbol tarixində heç kim buna nail ola bilməyib.

Qeyd edək ki, 37 yaşlı futbolçu bu mövsüm həm də karyerasında 4-cü dəfə Avropa Liqasının qalibi olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru