PSJ-nin qapıçısı 25 gündən sonra komadan ayıldı

20-06-2023, 10:48           
PSJ-nin qapıçısı 25 gündən sonra komadan ayıldı
PSJ-nin qapıçısı Serxio Rikonun həyat yoldaşı Alba Silva futbolçunun komadan ayıldığını açıqlayıb.

İdmançı at sürərkən qəza keçirdikdən sonra 25 gün komada olub. Hazırda ispaniyalı qolkiperin huşu yerindədir.

“Biz irəliyə doğru kiçik bir addım atmışıq. Artıq işığı bir az daha yaxşı görürük. Təbii ki, özünü inanılmaz dərəcədə fədakar aparan xəstəxanaya və tibb işçilərinə təşəkkür edirəm. O, çempion olduğu üçün irəli getmək istəyir”, - Alba Silva bildirib.
Qeyd edək ki, Riko ötən mövsüm PSJ-nin heyətində heç bir oyun keçirməyib.

Mənbə: sportbox.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru