Messi yenidən sabiq baş məşqçisinin rəhbərliyi altında oynaya bilər

21-06-2023, 08:14           
Messi yenidən sabiq baş məşqçisinin rəhbərliyi altında oynaya bilər
Lionel Messi yenidən keçmiş baş məşqçisi Xerardo 'Tata' Martinonun rəhbərliyi altında oynaya bilər.

Qaynarinfo-nun məlumatına görə, Martinonun "İnter Mayami”nin baş məşqçi postuna gətiriləcəyi gözlənilir.

2022-ci ildə keçirilən dünya çempionatından sonra Meksika millisindən ayrılan Martino həmin vaxtdan bəri işsizdir. Veteran mütəxəssis, əvvəllər "Atlanta United”in baş məşqçisi kimi çıxış etdiyi MLS-sə qayıda bilər.

ABŞ mətbuatında yer alan xəbərlərə görə Martino Amerikada Messinin yeni baş məşqçisi olmağa ən güclü namizəddir. İkili daha əvvəl "Barselona” və Argentina millisində birlikdə çalışıb.

Martino yalnız bir mövsüm qaldığı "Camp Nou”da çox iz qoymadığını söyləmişdi. Argentinada 2015 və 2016-cı illərdə "Copa America”nın finalında ardıcıl iki dəfə Çiliyə məğlub olan mütəxəssis Kataloniyada olduğu müddətdə Messinin oyununa nə əlavə etdin sualına, "Heç nə. Heç nə. Mən ona və "Barça”ya heç nə əlavə etməmişəm. Mən həmişə qalib komandaya getmişəm. "Barselona”da heç bir iz buraxmamışam”

İyunun 1-də Fil Nevili məşqçilik vəzifəsindən uzaqlaşdıran "İnter Mayami” rəhbərliyi, Martinonun üçüncü dəfə Messi ilə çalışaraq daha yaxşı çıxış edəcəyinə ümid edir. Messinin iyulun 21-də Meksika təmsilçisi "Kruz Azul”la oynanılacaq "Liqalar Kuboku”nda yeni komandası ilə ilk dəfə meydana çıxacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.