Qurban Qurbanovun qardaşı fikrində qətidir: “Buradan ayrılacam”
21-06-2023, 11:24
Premyer Liqada iştirak edəcəyi gözlənilən “Zaqatala” növbəti mövsümdə yenə Birinci Divizionda iştirak edəcək.
AFFA-nın İcraiyyə Komitəsinin sonuncu iclasında bununla bağlı qərar qəbul olunub.
Məlum qərardan sonra ağıllara bölgə təmsilçisinin əsas söz sahibi Musa Qurbanovun sözləri gəldi.
Xatırlayırsızsa, Qurban Qurbanovun böyük qardaşı bir müddət öncə mətbuata açıqlamasında kluba AFFA tərəfindən illik 200-300 min manatlıq büdcə ayrılacağı halda “Zaqatala”dan gedəcəyini bildirmişdi.
Komitənin iclasından sonra Qurbanovla əlaqə saxlayıb, gələcəklə bağlı planını soruşduq: “Açıqlamada bildirmişdim ki, növbəti mövsümdə kluba 200-300 min manat ayrılacaqsa, “Zaqatala”dan ayrılacam. Bəli, həmin fikirdə qalıram. Hələ ki, yeni mövsümlə bağlı büdcə açıqlanmayıb. Gözləyirik. Büdcə açıqlanandan sonra bu suala aydınlıq gələcək. 250-300 min ayrılacaqsa, klubdan ayrılacam”.
Ötən mövsüm Birinci Divizionda mübarizə aparan zaqatalalılar topladığı 44 xalla çempionatı 15 komanda arasında 6-cı pillədə başa vurub.