Ronaldo növbəti dəfə TARİXƏ DÜŞDÜ

21-06-2023, 09:58           
Ronaldo növbəti dəfə TARİXƏ DÜŞDÜ
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb.

Tribunainfo.az xəbər verir ki, 38 yaşlı forvard yığmada 200 matç keçirən ilk oyunçu olub.

Təcrübəli hücumçu bunu səfərdə İslandiya ilə AVRO-2024-ün seçmə mərhələ görüşündə meydana çıxmaqla bacarıb.

Qeyd edək ki. Kriştianu Ronaldu Portuqaliya millisində 2003-cü ildə debüt edib. Yığmanın heyətində 122 qol vuran futbolçu Avropa çempionatının qalibi (2016) və Millətlər Liqasının qalibi (2018/2019) olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru