UEFA Joze Mourinyoya 4 oyunluq cəza verdi

22-06-2023, 09:24           
UEFA Joze Mourinyoya 4 oyunluq cəza verdi
UEFA İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Bakupost.az "Report"a istinadən xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin Avropa Liqasının finalında İspaniya "Sevilya"sına uduzduqları oyundan sonrakı davranışı səbəb olub.
Final fitindən sonra matçın ingiltərəli baş hakimi Entoni Teyloru təhqir edən 60 yaşlı çalışdırıcı avrokuboklarda 4 oyunluq diskvalifikasiya cəzası alıb.
Qeyd edək ki, "Sevilya" - "Roma" görüşünün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (4:1) oynayan İspaniya təmsilçisi 7-ci dəfə Avropa Liqasının qalibi olub.
Şərhlər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru