“Formula-1” üzrə Azərbaycan Qran-prisi payızda keçirilə bilər

22-06-2023, 08:58           
“Formula-1” üzrə Azərbaycan Qran-prisi payızda keçirilə bilər
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin keçirilmə vaxtı dəyişdirilə bilər.

Apasport.az-ın məlumatına görə, hər ilin aprel ayında təşkil olunan yarışın sentyabra keçirilməsi müzakirə olunur.

Bu barədə britaniyalı jurnailst Co Seyvard öz bloqunda yazıb. O, tarix bəlli olmasa da, Azərbaycan Qran-prisinin payızda Sinqapur yarışından öncə keçiriləcəyini bildirib.
Qeyd edək ki, 2024-cü ildə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri bazar günü deyil, şənbə keçiriləcək. Buna səbəb Ramazan ayının martın 10-da, bazar günü başlamasıdır. Nəticədə yarışlar Bəhreyndə martın 2-də, Səudiyyə Ərəbistanında isə ayın 9-da təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru