Bu gün növbəti "El Klasiko" keçiriləcək - La Liqa

28-10-2023, 13:35           
Bu gün növbəti "El Klasiko" keçiriləcək - La Liqa
Bu gün İspaniya La Liqasında dünyada böyük maraq doğuran “Barselona” – “Real Madrid” matçı keçiriləcək.

Trend xəbər verir ki, "Barselona" öz meydanında əzəli rəqibi "Real Madrid"i qəbul edəcək. Mövsümün ilk "El-Klasiko"su Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Ev sahibinin zədəli futbolçuları Pedri, Jül Kounde və Sergi Roberto “Real Madrid”ə qarşı oynaya bilməyəcək. Qonaq komandada isə zədəli olan Tibo Kurtua, Eder Militao və yeni transfer Arda Gülər bu görüşdə meydana çıxa bilməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.