Dünyanın ən bahalı futbolçularının adı bəlli oldu

23-12-2023, 08:08           
Dünyanın ən bahalı futbolçularının adı bəlli oldu
Dünyanın ən bahalı futbolçuları müəyyənləşib.
Bakupost.az xəbər verir ki, “Transfermarkt” saytının açıqladığı siyahıda ilk pilləyə 3 oyunçu iddia edir.
Bunlar Fransa PSJ-sindən Kilian Mbappe, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holann və İspaniya “Real Madrid”indən Cud Bellingemdir. Hər üç futbolçunun hazırkı qiyməti 180 milyon avrodur.
Bunadək Bellingemin dəyəri 150 milyon avro idi. Cari mövsümün əvvəlində Almaniyanın “Borussiya” (Dortmund) klubundan La Liqa təmsilçisinə keçın ingiltərəli yarımmüdafiəçinin qiyməti 30 milyon avro artıb.
O, “kral klubu”nun heyətində 21 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Real Madrid”lə 2029-cu ilin yayınadək müqaviləsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru