Andrey Lunyovun agenti “Qarabağ”ı bəyənməyənlərə cavab verdi

26-12-2023, 11:54           
Andrey Lunyovun agenti “Qarabağ”ı bəyənməyənlərə cavab verdi
“Qarabağ”ın qapıçısı Andrey Lunyovun maraqlarını təmsil edən agent Anton Smirnov UEFA-nın versiyasına görə, rusiyalının Avropa Liqasının ən yaxşı beş qapıçısı sırasına daxil edilməsini şərh edib.

O bildirib ki, Lunyov qrup mərhələsindəki çıxışı ilə bütün tənqidlərə cavab verib.
“Bayer”ə və “Qarabağ”a keçdiyimiz üçün bizi hər zaman amansız tənqid edirdilər. Deyirdilər ki, bu anlaşılmaz “Qarabağ” nədir? Elə məhz “Qarabağ” anlaşılan oldu. Artıq 10 ildir ki, komanda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Avropa qrup turnirlərində çıxış edir. Bu mövsüm onlar ilk dəfə pley-offa yüksəliblər. Mən şadam ki, Andreyin bu uğurda rolu var”, - deyə Smirnov “championat.com”a açıqlamasında deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru