Ronaldu və Manenin dublları “Ən-Nəsr”ə qələbə qazandırdı - VİDEO

27-12-2023, 10:17           
Ronaldu və Manenin dublları “Ən-Nəsr”ə qələbə qazandırdı - VİDEO
Səudiyyə Ərəbistanı Pro Liqasının XVII turunda “Əl-İttihad” “Ən-Nəsr”i qəbul edib.

Ciddədə baş tutan görüşdə “Ən-Nəsr” 5:2 hesabı ilə qalib gəlib.

Qolları ev sahiblərindən Həmdullah (14, 52), qonaqlardan isə Ronaldu (19, 68) Taliska (38) və Mane (76, 82) vurublar.

Qeyd edək ki, 38 yaşlı Ronaldu qarşılaşmadakı dublu sayəsində ilin bombardiri olub. O, 2023-cü ildə vurduğu qolların sayını 53-ə çatdıraraq, hərəyə 52 dəfə fərqlənən PSJ-nin fransız hücumçusu Kilian Mbappe və “Bavariya”nın ingilis hücumçusu Harri Keyni geridə qoyub. PSJ və “Bavariya” 2023-cü ildə daha oyun keçirməyəcək.
Beləliklə də, “Ən-Nəsr” 18 oyundan 43 xalla turnir cədvəlində ikinci yerdədir. “Əl-İttihad” eyni sayda matçdan sonra 28 xalla altıncı pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru