“Çelsi” son dəqiqə qolu ilə qalib gəldi - VİDEO

28-12-2023, 12:14           
“Çelsi” son dəqiqə qolu ilə qalib gəldi - VİDEO
İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Çelsi” və “Kristal Pelas” komandaları qarşılaşıb.

Londondakı “Stemford Bric”də baş tutan matç ev sahiblərinin üstünlüyü ilə yekunlaşıb - 2:1.

13-cü dəqiqədə hesabı “Çelsi”dən Mudrik açıb. 45+1-ci dəqiqədə Olise hesabı bərabərləşdirib. 89-cu dəqiqədə isə Madueke penaltini qola çevirərək “zadəganlar”ın qələbəsini rəsmiləşdirib.
Hazırda Premyer Liqada keçirilən 19 oyundan sonra “Çelsi” 25 xalla 10-cu yerdədir. “Kristal Pelas” isə 18 xalla 16-cıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru