2023-cü ilin ən yaxşı futbolçusu - Erlinq Haaland

28-12-2023, 12:39           
2023-cü ilin ən yaxşı futbolçusu - Erlinq Haaland
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.

QOL.az xəbər verir ki, bu ada "Mançester Siti"nin hücumçusu Erlinq Haaland layiq görülüb. 23 yaşlı norveçli forvard 208 xalla bütün rəqiblərini qabaqlayıb.

PSJ-nin hücumçusu Kilian Mbappe 105 xalla ikinci, ABŞ-ın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi (85) üçüncü olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.