İngiltərə Premyer Liqası: “Mançester Siti” doğma meydanda “Brentford”u məğlub etdi - VİDEO

21-02-2024, 16:14           
İngiltərə Premyer Liqası: “Mançester Siti” doğma meydanda “Brentford”u məğlub etdi - VİDEO
İngiltərə Premyer Liqasının 18-ci turunun matçında “Mançester Siti” doğma meydanda “Brentford”a 1:0 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, “şəhərlilər” qarşılaşma zamanı hədsiz üstünlüyə malik olsalar da, uzun müddət bunu reallaşdıra bilməyiblər. İkinci hissədə qonaq müdafiəçinin səhvindən istifadə edən Erlinq Holand uğurlu əks-hücum keçirməyi bacarıb.

“Mançester Siti” 56 xal toplayıb və Premyer Liqada ikinci pilləyə qayıdıb, “Brentford” isə 25 xalla 14-cü yerdədir.
Növbəti matçda “Mançester Siti” fevralın 24-də səfərdə “Bornmut” ilə qarşılaşacaq. “Brentford” isə fevralın 26-da “Vest Hem”lə oynayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru