Çempionlar Liqası: “İnter” “Atletiko”dan üstün oldu, “Borussiya” PSV ilə bacarmadı - VİDEO

21-02-2024, 17:03           
Çempionlar Liqası: “İnter” “Atletiko”dan üstün oldu, “Borussiya” PSV ilə bacarmadı - VİDEO
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Bu gecə daha iki oyun baş tutub.

İtaliya “İnter”i Milanda İspaniya “Atletiko”sunu qəbul edib. Görüşdə hesab yalnız 79-cu dəqiqədə açılıb. “İnter”li Arnautoviç fərqlənib. Bu, matçda yeganə qol olub və meydan sahiblərinin minimal hesablı qələbəsi üçün kifayət edib - 1:0.
Digər görüşdə Dortmund “Borussiya”sı Niderlandda PSV-nin qonağı olub. Oyunda hesabı qonaqlar açsalar da, ev sahibləri hesabı bərabərləşdirməyi bacarıblar. 24-cü dəqiqədə Malenin vurduğu topa 56-cı dəqiqədə de Yonq dəqiq penalti zərbəsilə cavab verib - 1:1. Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 13-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru