UEFA reytinqində növbəti xallar

23-02-2024, 09:41           
UEFA reytinqində növbəti xallar
Azərbaycan UEFA reytinqində növbəti xalları qazanıb.

Msport.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanması sayəsində mümkün olub.
“Köhlən atlar”ın mərhələ adlaması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib. Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru