“Bayer”in baş direktorundan “Qarabağ” açıqlaması

23-02-2024, 17:40           
“Bayer”in baş direktorundan “Qarabağ” açıqlaması
Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq.

Bunu “Bayer 04” klubunun baş direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olmaları barədə danışarkən deyib.

Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığını xatırladıb:

"Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. "Qarabağ"la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var".

Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru