16 bahalı maşın eyni anda tüstüləndi: NASCAR yarışının qalibini fotofiniş təyin etdi - VİDEO

27-02-2024, 15:54           
16 bahalı maşın eyni anda tüstüləndi: NASCAR yarışının qalibini fotofiniş təyin etdi - VİDEO
“NASCAR Cup Series” yarışında 16 avtomobil eyni zamanda tüstülənib.

Mövsümün ikinci mərhələsi olan “Ambetter Health 400” yarışında Martin Trueks (oğul) döngədə sürətini yığa bilməyib və Ostin Dillonun avtomobilinin bamperinə çırpılıb. Bundan sonra yarışda iştirak edən maşınların tən yarısı bir-birinə dəyərək fırlanıb, tüstüləyib. Amma xoşbəxtlikdən, ciddi qəza baş verməyib.

Yarışın qalibini isə fotofinişlə təyin etmək lazım gəlib. “Trackhouse” komandasının pilotu Daniel Suares 0,003 fərqlə Rayan Bleynini keçərək birinci olub. Qalibdən 0,004 saniyə geridə qalan Kayl Buş isə üçüncü olub.

Mənbə: Championat












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.