Riodan Azərbaycan üçün şad xəbər: Daha bir medal boksdan gəldi

17-08-2016, 08:57           
Riodan Azərbaycan üçün şad xəbər: Daha bir medal boksdan gəldi
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. APA-nın məlumatına görə, bu gün Azərbaycan yığmasının bir üzvü rinqə çıxıb.
64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb. 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib.
Təmsilçimiz bu görüşü də qalib başa vuraraq yarımfinala yüksəlməklə yanaşı, həm də ən az bürünc medalı təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru