“Onun çalışdırdığı komandalar cəlbedici futbol oynayırlar” – “Bayern”in əfsanəsi namizədini açıqladı

2-04-2024, 16:24           
“Onun çalışdırdığı komandalar cəlbedici futbol oynayırlar” –
“Bayern”in və Almaniya millisinin sabiq kapitanı Lotar Matteus Münhen təmsilçisinin baş məşqçi postuna ən yaxşı namizəd hesab etdiyi mütəxəssisin adını açıqlayıb.

Fanat.az xəbər verir ki, “Sky Sports” alman futbolunun əfsanəsinin dediklərini belə çatdırıb:

“Mənim üçün favorit Julian Nagelsmanndır. Müzakirə olunan bütün namizədlər içərisində o, ən uyğun mütəxəssisdir. Nagelsmann klubu tanıyır və onun başçılıq etdiyi komandalar çox cəlbedici futbol oynayırlar. Keçən mövsüm o, “Bayern”dən bütün yarışlarda qələbə qazandığı bir vaxtda qovulmuşdu”.

Xatırladaq ki, Julian Nagelsmann 2023-cü ilin martında “Bayern”in baş məşqçisi postundan istefaya göndərilib. İndi o, AÇ-2024-ə ev sahibliyi edəcək Almaniyanın millisi komandasına rəhbərlik edir.

Hazırda Tomas Tuxelin rəhbərliyi altında “Bayern” lider “Bayer Leverkuzen”dən 13 xal geri qalaraq Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.