Daha bir məşhur idmançı zorlamada ittiham olunur

12-04-2024, 17:34           
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Daha bir məşhur idmançı zorlamada təqsirləndirilir.

Məlumata görə, ABŞ-nin “Portlend Treyl-Bleyzers” klubunun sabiq basketbolçusu Ben Maklemor dörd fərqli qadına qarşı zorakılıqda ittiham olunub.

Maklemor 2021-ci ildə törətdiyi əməllərə görə bu gün məhkəmə qarşısına çıxarılıb.

Şikayət əsasında saxlanılan basketbolçuya 20 illik həbs cəzası istənilsə də, idmançı 500 000 dollar girov qarşılığında sərbəst buraxılıb. Maraqlıdır ki, o, girov üçün 50 min dollar ödəməli imiş.
Maklemorun növbəti məhkəməsi iyulun 1-nə təyin olunub.

Qeyd edək ki, bundan öncə məşhur futbolçu, “Barselona” klubunun keçmiş müdafiəçisi Dani Alveş də zorlamada ittiham olunaraq həbs edilmiş, ancaq girov müqabilində sərbəst buraxılmışdı.

Mənbə: Theatletic.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru