“Barselona”dan minimal hesablı qələbə - VİDEO

14-04-2024, 12:07           
“Barselona”dan minimal hesablı qələbə - VİDEO
İspaniya çempionatının 31-ci turunun “Kadis” - “Barselona” matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, Kadisdəki (İspaniya) “Nuevo Mirandilya” stadionunda keçirilən görüş 1:0 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb. Bu, “Barselona”nın La Liqada ardıcıl 4-cü qələbəsidir.

37-ci dəqiqədə künc zərbəsindən sonra yeganə qolu “Barselona”nın və Portuqaliya millisinin hücumçusu Joau Feliks vurub.
İspaniya çempionatında keçirdiyi 31 oyundan sonra 70 xal toplayan “Barselona” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Kadis” isə eyni sayda oyundan sonra 25 xalla 18-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru