Daha 4 idmançımız Avropa Kuboku turnirində mübarizəyə qoşulacaq

14-04-2024, 16:24           
Daha 4 idmançımız Avropa Kuboku turnirində mübarizəyə qoşulacaq
Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq.

Teleqraf.com Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan Axundov qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, yarışın ilk günü idmançılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru