Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı

19-04-2024, 17:04           
Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı
UEFA Konfrans Liqasının 1/4 final cavab matçında nadir hadisə yaşanıb.

“Aston Villa”nın qapıçısı iki sarı vərəqə alsa da, meydandan qovulmayıb.

Emiliano Martinez ilk hissədə vaxtı gecikdirdiyi üçün, sonra isə penaltilər seriyası zamanı xəbərdarlıq alıb.

Lakin 2020/21 mövsümündən etibarən oyun zamanı verilən şifahi xəbərdarlıqlar və sarı vərəqələr penaltilər seriyasına keçmir.
Beləliklə də, Martinez seriyanı qazanaraq “Lill” üzərində qələbədə pay sahibi olub.

Mənbə: championat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.