Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olundu - VİDEO

20-04-2024, 10:27           
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olundu - VİDEO
Meksikanın “Tiqres” klubunun qapıçısı ölkə çempionatında tribunadan rəqibinin gözünə lazer işığı saldığı üçün 11 oyunluq diskvalifikasiya olunub.

Bu barədə Meksika Futbol Federasiyasının saytında məlumat verilib.

Hadisə aprelin 13-də “Monterrey”lə oyunda (2:2) baş verib. Qusman oyunda iştirak etməyib, lakin tribunada olarkən rəqib qapıçı Esteban Andradeyə müdaxilə etməyə çalışıb - onun gözünə lazer işığı salıb.

Argentinalının bu davranışı stadionun müşahidə kameraları və bir neçə azarkeş tərəfindən qeydə alınıb.
Qusman həm də cərimə ödəməli və liqa üçün ictimai xidmət göstərməli olacaq. Cərimənin məbləği və onun hansı ictimai işə cəlb olunacağı açıqlanmır.

Həmçinin Andrade də cəzasız qalmayıb. O, oyundan sonra sosial şəbəkə vasitəsilə Qusmanı təhqir etdiyi üçün cərimələnib.

Mənbə: RBK












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.