Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

23-04-2024, 10:30           
Almaniya nəhənginin yeni transfer hədəfi bilindi
“Portu”nun müdafiəçisi Alan Varela Avropanın top-klublarından birinə keçə bilər.

Fanat.az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq yayıb.

Mənbənin məlumatına görə, “Bayern Münhen” argentinalı oyunçunun xidmətində maraqlıdır. Agentlər müdafiəçinin xidmətlərini alman nəhənginə təklif ediblər. “Bayern” də öz növbəsində konkret danışıqlara başlamağa hazırlaşır. Varela münhenlilərin müdafiə xəttini gücləndirmək variantlarından biridir. Onun məbləği 70 milyon avrodur.

22 yaşlı Alan Portuqaliya çempionatının bu mövsümündə 26 oyun keçirib, bu görüşlərdə iki qol vurub və üç məhsuldar ötürmə edib. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru