"Qarabağ"ın alban hücumçusu AÇ-2024-də ölkəsinin şanslarını dəyərləndirdi - AÇIQLAMA

8-06-2024, 00:21           
"Qarabağ"ın alban hücumçusu AÇ-2024-də ölkəsinin şanslarını dəyərləndirdi - AÇIQLAMA
"Qarabağ"ın hücumçusu Recon Cica Albaniyanın AÇ-2024-də iştirakı barədə fikirlərini bölüşüb.

Albnaiyalı 25 yaşlı forvard Offsideplus.az-a açıqlamasında ölkəsinin şanslarını dəyərləndirib, uğurlar arzulayıb:

"Düzdür, Albaniya Avropa çempionatında mübarizə aparacaq, lakin qrup mərhələsi çətindir. Qrupda İspaniya, İtaliya və Xorvatiya kimi böyük komandalar var. Düşünürəm ki, Albaniya AÇ-2024-ə yollanıb, oyunlarda əlindən gələnin ən yaxşısını edəcək. Ölkəmin qələbələr qazanaraq, qrupdan çıxacağına ümid edirəm".

Qeyd edək ki, Avropa çempionatı 14 iyun tarixindən start götürəcək.

Xatırladaq ki, Redon Cica 2022-ci ildə Albaniya milli komandasında çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru