Amerika Kubokunun yarımfinal matçından sonra dava: Su ortalığı daha da qızışdırdı

11-07-2024, 12:26           
Amerika Kubokunun yarımfinal matçından sonra dava: Su ortalığı daha da qızışdırdı
Amerika Kubokunun yarımfinal matçında Kolumbiya millisinə minimal hesabla uduzan Uruqvay seçməsinin futbolçuları məğlubiyyətlə barışa bilmədikləri üçün azarkeşlərə hücum ediblər.

Oxu.Az xəbər verir ki, buna səbəb kolumbiyalı azarkeşlərin uruqvaylı futbolçuları təhqir etməsi və onların üzərinə su atması olub.

Bundan sonra əsəblərini cilovlaya bilməyən Uruqvay millisinin futbolçuları azarkeşlərə hücum çəkiblər.

Tribunaya qalxaraq davada iştirak etmiş futbolçular arasında "Liverpul"un hücumçusu Darvin Nunyes və "Barselona"nın müdafiəçisi Ronald Arauxo da olub. Çaxnaşmada azarkeşlərdən birinin Nunyesin başına zərbə endirdiyi görüntülənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru