AFFA bu klubu bütün yarışlardan kənarlaşdırdı

13-07-2024, 08:54           
AFFA bu klubu bütün yarışlardan kənarlaşdırdı
Azərbaycan I Liqasında iştirak edən “İrəvan” AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb.
Bunu qurumun icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra açıqlamasında bildirib.
Qurum rəsmisi bunu belə izah edib: “İcraiyyə Komitəsinin qərarına əsasən, “İrəvan” komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir. Bir neçə ay öncə “İrəvan” klubunun 8 futbolçusunun danışılmış oyunlarla əlaqədar adları çəkilmişdi. Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. “İrəvan”ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək”.
Qeyd edək ki, “İrəvan” klubu ötən 27 xalla turnir cədvəlinin 7-ci pilləsində bitirib.//Apasport.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.