Türkiyədə növbədənkənar seçki? - Bağçalıdan sərt CAVAB

23-04-2025, 09:24           
Türkiyədə növbədənkənar seçki? - Bağçalıdan sərt CAVAB
Modern.az yerli mediaya istinadən xəbər verir ki, mətbuatda Türkiyənin hakim dairələrində seçki barədə müzakirələrin aparıldığı iddia edilir.

Müzakirələr tanınmış yazar Mümtazer Türkönenin açıqlamasından sonra qızışıb. O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının seçki prosesinə başlayacağını bildirib.

Məsələ ilə bağlı Bağçalının özü də açıqlama verib. O, son günlər mediada yer alan erkən seçki iddialarını təkzib edib.

Yazılı açıqlamasında Bağçalı bu iddiaların partiyanı qaralamaq məqsədi daşıdığını deyib.

O, bildirib ki, MHP və Cümhur İttifaqı seçkilərin vaxtında keçirilməsində qərarlıdır və bu mövqedən geri dönüş olmayacaq.

“Partiyamızı müzakirəyə açmaq istəyənlərin, niyyət oxumağa çalışanların arzuları puç olacaq,” – deyə Bağçalı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru