Bakıda binanın hasarı aşdı VİDEO

23-04-2025, 10:46           
Bakıda binanın hasarı aşdı  VİDEO
Bakının Sabunçu rayonu, İlyas Əfəndiyev, 6 ünvanında qəzalı binanın hasarı aşıb.

TEREF ATV-yə istinadən məlumat verir ki, qəza zamanı orada yaşayan sakinlərdən biri son anda dağıntılar altında qalmaqdan xilas olub.

Belə ki, bir neçə gün öncə müşahidə edilən intensiv yağışdan sonra qəzalı binanın qarşısındakı hasar da yararsız vəziyyətə düşüb.

Burada yaşayan 23 ailə də mövcud vəziyyətdən şikayətçidir.

Qeyd edək ki, sözügedən bina 1927-ci ildə inşa olunub. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti üzrə məlumat verilib.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.