KİV: Çin Yaponiyaya Trampın tarif siyasətinə qarşı birgə mübarizə aparmağı təklif edib

23-04-2025, 11:44           
KİV: Çin Yaponiyaya Trampın tarif siyasətinə qarşı birgə mübarizə aparmağı təklif edib
Çin hökuməti Yaponiyaya ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə qarşı əlaqələndirilmiş mübarizə tədbirləri görməyi təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, Çin Dövlət Şurasının sədri Li Tsyan Yaponiyanın Baş naziri Sigeru İsibaya belə bir təklifin yer aldığı məktub göndərib.

Görünür, Pekin Tokionu Trampın proteksionizminə qarşı mübarizədə ona qoşulmağa çağırıb. Lakin agentlik iddia edir ki, ABŞ-nin ən yaxın müttəfiqi olan Yaponiya bu təklifə ehtiyatla münasibət bildirməyi planlaşdırır.

Çin və Yaponiya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar Trampın digər ölkələrlə ticarətdəki kəsiri aradan qaldırmaq üçün idxal rüsumlarının tətbiqi siyasətini elan etməsindən sonra atılır. Xüsusilə Çindən gələn mallara 145 % tarif tətbiq edilib, buna cavab olaraq Pekin ABŞ mallarına 125 % rüsum tətbiq edib.

ABŞ Yaponiya mallarına 24 % əlavə rüsum tətbiq etməyi planlaşdırır. Məqsəd amerikalı istehsalçıların Yaponiya bazarına girişini asanlaşdırılmasına nail olmaqdır. Hər iki ölkənin hökumətləri danışıqlara başlayıb və bu tariflərin tətbiqi ilə bağlı qərarın qüvvəyə minməsi təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru