Ermənistandan Rusiyaya qarşı açıq gediş: - ABŞ ilə anlaşdılar
Bu gün, 11:57

Ötən gün ABŞ səfiri Kristina Quinn İrəvanda Amerikanın “Westinghouse” şirkətinin nümayəndələri ilə Ermənistanın nüvə enerjisi məsələsini müzakirə edib. ABŞ şirkətinin nümayəndələrinin İrəvanda peyda olması Amerikanın gələcək nüvə tikinti layihələrində iştirakının təkcə həll edilmiş məsələ olmadığı, həmçinin bunun artıq icra mərhələsində olduğuna işarədir.
Teleqraf xəbər verir ki, bu barədə “Verelq” məlumat yayıb.
Erməni nəşrinin fikrincə, podratçı ABŞ-nin müvafiq dövlət qurumu Nüvə Tənzimləmə Komissiyasının icazəsi olmadan İrəvana gəlməzdi:
“İcazə isə öz növbəsində Ermənistan hökumətinin AES-in tikinti meydançasında bu podratçını gözlədikləri barədə rəsmi təsdiqi olmadan mümkün deyil. Əminliklə demək olar ki, Nikol Paşinyan hökuməti yeni AES-in tikintisi və saxlanması ilə bağlı Rusiyanın “Rosatom” şirkətinin xidmətlərindən imtina edərək, ABŞ-nin xeyrinə ilk real diversifikasiyanı həyata keçirib.
Dünən Quinn və baş nazirin müavini Mqer Qriqoryan arasında baş tutan görüşdə nüvə müqaviləsinin açıq-gizli şərtlərinin nəhayət təsdiqləndiyi də şübhə doğurmur”.