Putinin Trampa hədiyyəsi nümayiş olundu- FOTO
23-04-2025, 10:34

CNN telekanalı Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin mart ayında amerikalı həmkarı Donald Trampa hədiyyə etdiyi portreti nümayiş etdirib.
İqtisadiyyat.az xəbər verir ki, rəsmdə ABŞ lideri 13 iyul 2024-cü ildə Pensilvaniyada keçirilən seçki kampaniyası zamanı baş vermiş sui-qəsd cəhdindən sonra təsvir olunub.
Trampın sifətində qan izləri görünür, o, yumruğunu yuxarı qaldıraraq əzmkarlığını nümayiş etdirir.
Portretin müəllifi Rusiya Xalq Rəssamı Nikas Safronovdur.
CNN-ə açıqlama verən Safronov bildirib ki, onun üçün Trampın qanı, yarası və cəsarətini həmin an əbədiləşdirmək vacib idi:
“Tramp nə sındı, nə də qorxdu. Əksinə, əlini qaldıraraq göstərdi ki, o, Amerika ilə birləşib və ölkəsinə layiq olduğu dəyəri qaytaracaq”.
Safronov onu da bildirib ki, bu portretin ABŞ və Rusiya arasında münasibətlərin yaxınlaşmasına töhfə verəcəyinə inandığı üçün işə görə ödəniş almayıb. Sonradan Prezident Putin onunla əlaqə saxlayaraq bu portreti iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması yolunda mühüm addım adlandırıb.
