ABŞ dövlət katibi Londonda Ukrayna üzrə danışıqlara qatılacaq

23-04-2025, 12:24           
ABŞ dövlət katibi Londonda Ukrayna üzrə danışıqlara qatılacaq
ABŞ-nin Dövlət katibi Marko Rubio çərşənbə günü Londonda Ukrayna münaqişəsinin həllinə dair danışıqlarda iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus məlumat verib.

Bildirilib ki, Rubioya ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Kit Kelloq da qoşulacaq.

Temmi Bryus "Fox Business" telekanalına müsahibəsində Dövlət katibi ilə birlikdə danışıqları davam etdirmək üçün Londona gedəcəyini deyib.

O, Rusiyanın Ukrayna ilə dialoqa hazır olduğunu bəyan etməsini çox müsbət siqnal kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru