"Temu", Trendyol" və digərləri bizim bazarda yaxşı qazanır:

23-04-2025, 10:08           
"Temu", Trendyol" və digərləri bizim bazarda yaxşı qazanır:
“Çin mənşəli məhsulların Temu vasitəsilə ucuz qiymətə satışa çıxarılmasının ölkə iqtisadiyyatına əhəmiyyətli təsiri yoxdur. İnsanlar ehtiyaclarına uyğun malları daha əlverişli qiymətə ala bilirlərsə, niyə daha baha qiymətə Avropa və ya Türkiyədən əldə etsinlər? “

Bu fikirləri Konkret.Az-a açıqlamasında İqtisadçı Xalid Kərimli səsləndirib:

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

“Temu istifadəçilər üçün sərfəli alış kanalı taparaq onların xərclərini azaldır. Bu səbəbdən də bu platforma üzərindən edilən alışlar əsasən həcmsiz və gündəlik istehlaka yönəlmiş olur. Temu populyarlıq qazanır, lakin bu alışlar ölkənin ticarət balansına ciddi təsir göstərmir.”

İqtisadçı qeyd edir ki, Temu-nun yüksəlişi eyni zamanda Trendyol kimi digər platformaların istifadəsinin azalması ilə müşayiət olunur.

“Bu da istehlakçıların alternativ kanallara yönəlməsi deməkdir. Temu-nun aktivləşməsi daha çox onlayn satışla məşğul olan satıcılar və daxildə fəaliyyət göstərən kiçik sahibkarlar üçün çətinlik yaradır. Lakin dövlət səviyyəsində bu proses narahatlıq doğurmur. Onsuz da yerli sahibkarların əksəriyyəti məhsulları xaricdən gətirib satır. Bu baxımdan Temu-nun artan fəaliyyəti daha çox digər rəqiblərinə təsir göstərir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru