"Fənərbağça" yeni Ardasını "Balıkesirspor"da tapıb

7-08-2024, 15:44           
"Fənərbağça" yeni Ardasını "Balıkesirspor"da tapıb
"Fənərbağça" klubu Arda Gülerin yerini "Balıkesirspor"un gənc ulduzu ilə doldurmaq qərarına gəlib.

Oxu.Az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərdlər" Arda İbrahim Akgün üçün "Balıkesirspor" klubuna beş milyon Türkiyə Lirəsi dəyərində ödəniş ediblər.

Arda İbrahim Akgün "Fənərbağça" klubunda 15 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 17 yaşlı cinah hücumçusu milli komanda forması ilə ümumilikdə 6 oyunda meydana çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.