"Real" "Əl-Nəsr"in futbolçusunu transfer edə bilər

26-10-2024, 12:34           
"Real" "Əl-Nəsr"in futbolçusunu transfer edə bilər
İspaniyanın "Real" (Madrid) klubu cari mövsümün sonu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in futbolçusu Emerik Laportu transfer edə bilər.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, keçid baş tutarsa, müdafiəçi İspaniya vətəndaşlığına malik olduğu üçün "Kral klubu"nun heyətində əcnəbi futbolçsu statusu daşımayacaq.

30 yaşlı oyunçu özü də Səudiyyə Ərəbistanını tərk etməkdə maraqlıdır. Onun klubu ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru