"Qalatasaray" Yunus Akgünün maaşını ikiqat artıracaq 26-10-2024, 10:49 "Qalatasaray" futbolçusu Yunus Akgünlə müqaviləni uzatmaq və maaşını ikiqat artırmaq istəyir.Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi yaxın zamanda futbolçu ilə danışıqlara başlayacaq."Qalatasaray"ın təklifində oyunçunun maaşının illik 5 milyon avroya artırılması da nəzərdə tutulub.Qeyd edək ki, Yunus bu mövsüm 13 oyunda 5 qol vurub. 24 yaşlı vingerin müqaviləsi 2026-cı ilin yayına kimidir. Facebook-da paylaş