Trent Aleksander-Arnold İspaniya nəhənginə keçir

29-12-2024, 16:54           
Trent Aleksander-Arnold İspaniya nəhənginə keçir
İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksandr-Arnold böyük ehtimalla karyerasını İspaniya təmsilçisi "Real Madrid"də davam etdirəcək.

Oxu.Az "Marca"ya istinadla xəbər verir ki, 26 yaşlı futbolçu "Liverpul" rəhbərliyinə karyerasını Madrid klubunda davam etdirmək niyyətində olduğunu bildirib. Bunun mersisaydlıların oyunçu ilə müqavilə müddətini uzatmaq cəhdinin uğursuz olmasından sonra baş verdiyi bildirilib.

Qeyd edək ki, onun "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Cari mövsümdə T.Aleksandr-Arnold bütün turnirlərdə "Liverpul"un heyətində meydana çıxdığı 44 oyunda 10 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru