İngiltərə Premyer Liqası: “Arsenal” ilin ilk oyununda inamlı qələbə qazanıb

2-01-2025, 12:24           
İngiltərə Premyer Liqası: “Arsenal” ilin ilk oyununda inamlı qələbə qazanıb
İngiltərə Premyer Liqasının 19-cu turunda “Brentford” “Arsenal”ı qəbul edib.

“Brentford Kommyuniti” stadionunda baş tutmuş oyunu baş hakim Piter Benks idarə edib.

Matçda hesabı ev sahibləri açıblar: 13-cü dəqiqədə kamerunlu qoleador Brian Mbömo fərqlənib. “Topçular”ın cavabı isə 29-cu dəqiqəyə təsadüf edib: Qabriel Jezus “arılar”ın qapıçısı Mark Flekkeni məyus edərək status-kvonu bərpa edib.

İkinci hissəyə Mikel Artetanın yetirmələri daha fəal başlayıb. 50-ci dəqiqədə Mikel Merino londonluların ikinci qoluna imza atıb. Qonaqların növbəti qolu da özünü çox gözlətməyib: cəmi üç dəqiqədə sonra Qabriel Martinelli komandasının üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib: “Brentford” – 1, “Arsenal” – 3.

Beləliklə, 19 turdan sonra 39 xala malik “Arsenal” ikinci pillədə qərarlaşıb. Onun ən yaxın təqibçiləri “Nottingem Forest” (37) və “Çelsi”dir (35).

Danimarkalı mütəxəssis Tomas Frankın yetirmələrinin isə 24 xalı var. Məğlubiyyətə baxmayaraq, “arılar” 12-ci pilləki yerlərini qoruyublar. “Brentford”un ən yaxın təqibçiləri isə “Vest Hem” (23) və “Mançester Yunayted”dir (22).

Turnir cədvəlinin şəriksiz lideri isə Arne Slotun başçılıq etdiyi “Liverpul”dur (45). Bundan başqa, Mersisayd təmsilçisinin ehtiyatında bir oyun var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru