İspaniya Superkuboku: "Barselona" "Atletik"ə şans vermədi

9-01-2025, 10:28           
İspaniya Superkuboku: "Barselona" "Atletik"ə şans vermədi
İspaniya Superkubokunun yarımfinal matçında "Atletik Bilbao" və "Barselona" qarşılaşıb.

Oxu.Az xəbər verir ki, matç Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdullah Sports City" stadionunda baş tutub.

Görüşdə yekun hesab 2:0 "Barselona"nın xeyrinə olub. Katalonların qollarını Qavi və Yamal vuraraq komandanı finala çıxarıblar.

Qeyd edək ki, İspaniya Superkubokunun ikinci yarımfinalında "Real Madrid" və "Malyorka" komandaları qarşılaşacaq. Qarşılaşma cümə axşamı, yanvarın 9-da baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru