Müller “Bavariya”dan gedir

7-04-2025, 10:24           
Müller “Bavariya”dan gedir
Almaniyalı futbolçu Tomas Müller cari mövsüm başa çatdıqdan sonra “Bavariya”dan ayrılacağını açıqlayıb.

35 yaşlı futbolçu sosial şəbəkələr vasitəsilə Münhen komandasında çıxışını davam etdirmək istədiyini, lakin klubun müqaviləni yeniləməmək qərarına hörmətlə yanaşdığını bildirib.

2000-ci ildən “Bavariya”da çıxış edən və karyerasını bu kluba həsr edən təcrübəli hücumçu Bundesliqa təmsilçisinin heyətində 12 dəfə Almaniya çempionu, 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Qeyd edək ki, Tomas Müller bu mövsüm 36 oyunda 5 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru